"Mançester Siti"nin baş məşqisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul"la oyun öncəsi rəqib komandanın çalışdırıcısı Yurgen Kloppla münasibətindən danışıb .
Qol.az xəbər verir ki, o, "Football Daily" nəşrinə açıqlamasında deyib: “Düşünürəm ki, münasibətlərimiz çox yaxşıdır. Amma biz heç vaxt birlikdə nahar və şam yeməyi yeməmişik. Yurgen daha əvvəl müqaviləsini uzadıb, o, məni şam yeməyinə dəvət edə bilərdi”.
Qeyd edək ki, bu gün keçiriləcək "Liverpul"- "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Xatırladaq ki, "Liverpul" Kloppla müqaviləni bu ilin aprelində 2026-cı ilin yayına qədər uzadıb. Qvardiolanın isə "Mançester Siti" ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"