"Atletiko"nun hücumçusu Antuan Qrizmann La Liqanın 9-cu turunda "Atletik"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib
Qol.az AFP-yə istinadən xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan oyunçu bildirib: "Bütün komanda inanılmaz iş gördü. Birlikdə qaçdıq, hücuma keçdik, komanda şəklində hərəkət etdik. Çox şey yaşadıq, amma sonda qalib gəlmək ən yaxşı hissdir. Xoşbəxtəm, çünki uşaqlarım qol vurduğumu soruşacaqlar və bəli cavabını verə bilərəm".
Həmçinin oxuyun: "Atletiko"dan ayrılmaq istəyir, qiyməti 350 milyon avrodur
Qrizmann 2019-cu ilin yayında "Barselona"ya transfer olunduğu üçün azarkeşlərdən üzr istəyib: "Sevinirəm ki, “Atletiko” ilə müqavilə bağladım və bu klubun tam hüquqlu oyunçusu oldum. Amma üzr istəmək istərdim. İnsanlara səbəb ola biləcək zərərə görə üzr istəmək istəyirəm. Amma bunun ən yaxşı yolu meydanda özümü ən yaxşı tərəfdən göstərməkdir. Biz düzgün yoldayıq”.
Qeyd edək ki, "Atletiko" bu ay Qrizmannı "Barselona"dan birdəfəlik alıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"