Kadi sıradan çıxdı - Bu oyunu buraxacaq

Kadi sıradan çıxdı - Bu oyunu buraxacaq
XƏBƏR 15 Oktyabr 2022 / 16:44 13087
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Həmçinin oxuyun: “Qarabağ” və “Olimpiakos” rəsmilərinin görüşündən maraqlı görüntülər

Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner