"Nant" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la oyun öncəsi baş məşqçisi Antuan Kambuareni istefaya göndərə bilər.
Qol.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, komandanın son olaraq Avroliqada "Frayburq"a 0:4 hesabı ilə uduzduğu matçdan sonra rəhbərlik yeni baş məşqçi axtarışlarına başlayıb. Nəşr yazıb ki, "Nant" Fransa çempionatında oktyabrın 16-da keçiriləcək "Brest"lə görüşdə uduzsa, Kambuare istefaya göndəriləcək.
Həmçinin oxuyun: "Nant"ın 36 il sonrakı ən ağır məğlubiyyəti
Qeyd edək ki, "Nant" Fransa Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda Avroliqada isə 3 xalla 3-cüdür.
Xatırladaq ki, "Nant" və "Qarabağ" arasında Avroliqanın 5-ci tur qarşılaşması oktyabrın 27-də Fransada olacaq. Bu komandalar arasında Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"