Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin başlaması ərəfəsində komanda yoldaşlarının bəzilərinin zədələnməsindən sonra özünün də bu probləmlə üzləşə biləcəyindən qorxur.
Qol.az "AS DIRECTV Sports"a istinadən xəbər verir ki, PSJ-nin futblçusu bununla bağlı deyib: “Qətərdəki dünya çempionatı başqa vaxtda keçirildiyi üçün əvvəlkilərdən fərqlidir. İndi biz bu turnirə o qədər yaxınıq ki, başınıza gələ biləcək hər hansı xırda şey sizi kənarda qoya bilər. Daha əvvəl də qeyd edildiyi kimi Paulo Dibala və Anxel Di Mariyanın zədələnməsi heç kəsin diqqətindən kənarda qalmadı. Şəxsi müstəvidə bu, artıq hər kəsi narahat edir və bunu gördükdən sonra hətta "qorxulu" olur.
Həmçinin oxuyun: DÇ-2022-ni buraxacaq
Eyni zamanda bu haqda düşüncələrlə oyuna girmək də yanlışdır. Əvvəlki kimi davam etmək daha yaxşıdır. Oyun yaxşı olmağın ən yaxşı yoludur. Ümid edirəm ki, bərpa olarlar. Düşünürəm ki, onların sağalmaq üçün kifayət qədər vaxtı var”.
Xatırladaq ki, daha əvvəl Messi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatının onun karyerasında son mundial olacağını bildirib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"