DÇ-1986-nın Argentina - İngiltərə tarixi oyununun topu açıq hərraca çıxarılacaq.
Qol.az xəbər verir ki, 1/4 final mərhələsinin həmin qarşılaşmasında Argentina Dieqo Maradonanın qolları sayəsində rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Qollardan biri isə aradan 32 il keçməsinə baxmayaraq, unudulmur. Maradona hava mübarizəsi zamanı topu əllə İngiltərənin qapısından keçirmiş, sonra da bunu "Tanrının əli" adlandırmışdı.
Bu görüşün topu həmin matçın hakimi olmuş tunisli Əli Bin Nasser tərəfindən satışa çıxarılıb. Top noyabrın 16-da açıq hərrac yolu ilə satılacaq. Potensial alıcılar isə oktyabrın 28-dən təkliflərini irəli sürə biləcəklər. Topun 2,5 - 3 milyon funt-sterlinqə satılacağı gözlənilir.
Qeyd edək ki, Maradonanın həmin görüşdə geyindiyi forma isə bu ilin mayında 7.4 milyon sterlinqə satılıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"