"Bavariya"da itki

"Bavariya"da itki
DÜNYA FUTBOLU 10 Oktyabr 2022 / 16:36 1277
-  A +

“Bavariya”nın futbolçusu Camal Musiala koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib. O, öz evində təcrid olunub.

Musiala Çempionlar Liqasının “Viktoriya” ilə matçını buraxacaq

Qeyd edək ki, Camal bu mövsüm Bundesliqanın 8 oyununda 5 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner