Milli komandamızın məşqçisi Arif Əsədovun Qol.az saytına müsahibəsi
- Avro-2024-ün püşkü atıldı, millimiz F qrupunda Belçika, Avstriya, İsveç və Estoniyaya rəqib oldu. Püşk haqda fikirlərinizi bilmək istərdik.
- Təbii ki, çətin qrupa düşdük. İstərdik ki, 6 komandalı qrup olsun. Bu qrupdan asanına da düşə bilərdik, çətininə də. Rəqibləri ümumi dəyərləndirsək, Belçika qrupun favoritidir. Komandanın son illərdə göstərdiyi oyun, heyətindəki ulduz futbolçular bunu deməyə əsas verir. İkinci və üçüncü yer üçün oynaya biləcək komanda Avstriya və İsveçdir. Reallıq budur. Bu komandalar da son dövrlər yaxşı çıxış edir.
- Bizim millimiz hansı yer üçün oynayacaq?
- Bizim son oyunlarda göstərdiyimiz performans, qələbə ruhu ümid verir ki, bu qrupda xallar toplaya bilərik. Millimiz qrupdakı hər bir komandadan xal almağa qadirdir. Reytinqi bizdən aşağı olan Estoniya ilə ilk dəfə rəsmi oyunda qarşılaşacağıq. Artıq bu komandada da irəliləyiş hiss olunur. Təsadüfi deyil ki, Millətlər Liqasında C liqasına yüksəldilər. Bu da onu göstərir ki, Estoniya millisi də yaxşı durumdadır.
Çalışmalıyıq ki, ötən seçmə mərhələlərdəkindən daha çox xal toplayaq, komandanın oyun potensialını daha da yaxşılaşdıraq. Komandamız indi gəncdir. Orta yaşla götürsək, Avropa az yaşı olan bir millilərdəndir. O baxımdan bu qrupdakı oyunlarda həm də komandamız formalaçacaq.
- Avstriya ilə İsveçin qrupda 2-ci və 3-cü yerlər üçün oynayacağını dediniz. Bizim millimiz hansı məqsədlər üçün mübarizə aparmalıdır?
- Məqsədi baş məşqçi özü açıqlayacaq. Mən ümumi durumu dedim. Təbii ki, məqsədimiz yuxarı yerlər üçün mübarizə aparmaq olacaq. Biz də istəyirik ki, ən yaxşı yerlərdən birini tutaq. Amma buna nə dərəcədə nail olmaq olar, zaman göstərəcək. Sözsüz ki, baş məşqçi futbolçuları hər bir oyuna qələbə üçün çıxardır.
- Hazırda yığmamızın heyətindəki oyunçular keyfiyyət baxımından seçilir. Klublarımızın oyunlarını izləyirsiniz. Yeni oyunçular yetişirmi?
- Millimizin çıxışları klublardan asılıdır. Özünüz də görürsünüz ki, son dövlər “Qarabağ”ın avrokuboklardakı uğurlu oyunları milliyə də təsir edib. Çünki millidə “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Bundan başqa, digər klublarımızda da gənc oyunçuların üzə çıxması, yerli oyunçuların komandasında liderə çevrilməsi milli üçün xeyirdir. Belə olanda bizə də rahat olur. Əks halda uzunmüddətli təlim-məşq toplanışına ehtiyac yaranır. Çempionatın oyunlarını izləyirik. Bütün futbolçiular hər zaman nəzərimizdədir.
- Başqa ölkələrdə çıxış edən Azərbaycan əsilli oyunçular izlənilir?
- Onların heç biri bizim məşqçilər korpusunun gözündən qaçmır. Hamısını izləyirik. Həftənin beş günü işdə oluruq. Bizim inzibati heyətimiz var ki, onlar bütün futbolçular haqda məlumat verirlər.
- Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyevin millimizə cəlb olunacağı ilə bağlı xəbərlər yayılmışdı. Millimizin məşqçi heyətinin bu futbolçu ilə bağlı fikri necədir?
- Onunla bağlı çox danışılır amma reallıq olmadıqca mən bir söz deyə bilmərəm. Yəni mənim onun milliləşdirilməsi məsələsi ilə bağlı tam informasiyam yoxdur. Baş məşqçi və federasiya bunu daha yaxşı bilər. Amma onu deyə bilərəm ki, əlimizdə nə qədər keyfiyyətli futbolçu olsa, millinin inkişafına gətirər və komandada rəqabət artar.
- “Qarabağ”ın futbolçusu Qara Qarayevlə millinin baş məşqçi Canni De Byazi arasındakı gərginlikdən çox danışıldı. Amma sizin millidəki bir azərbaycanlı məşqçi olaraq bu məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik. Və Qara Qarayevi növbəti toplanışda millimizdə görə bilərik?
- Əslində bu məsələ haqda danışmaq istəmirdim. Qara həm milli, həm də klub səviyyəsində öz sözünü deyən futbolçulardandır. Hazırda da yaxşı oyun nümayiş etdirir. Baç məşqçi Qara haqda öz fikrini bildirib. Amma onu deyim ki, millinin qapısı heç kimin üzünə bağlanmayıb. Ola bilər ki, bu gün hansısa futbolçu sırf taktiki gedişlə bağlı millidən kənarda qalsın. Bu, dünya futbolunda olan şeylərdir. Buna görə də Qara ilə bağlı məsələnin şişirdilməsinin əleyhinəyəm.
De Byazi Qaranı milliyə çağırmayacağını deməyib. Sadəcə olaraq sual verildi, o da öz fikrini bildirdi. Məsələnin bu dərəcəyə gətirilməsi heç də yaxşı hal deyil.
Ramiq Ağaməmmədov
Şəhriyar Məmmədyarov ardıcıl ikinci görüşdə məğlub oldu
"Ramil Şeydayev Rusiyada qiymətləndirilməyib"
PSJ çempionluğu qeyd etməyəcək
Buskets "Barselona" ilə bağlı qərarı haqda
Renat Dadaşovun qolu mövsümün ən yaxşısı ola bilər - Video
"Ayaks" baş məşqçisi ilə yolları ayırdı
İqor Tudor "Marsel"dən gedir
İtaliyada mövsümün ən yaxşı baş məşqçisi seçildi
Millimiz Gürcüstan yığması ilə qarşılaşacaq
İsti yay hədiyyələrlə gəlir
"Milan"ın yeni forması - Şəkil
İki taekvondoçumuzun rəqibləri müəyyənləşdi
Rusiyalı şahmatçı Bakıdakı dünya kubokundan imtina etdi
Asensio PSJ-yə keçir
Regekampf "Neftçi"də qalır
Messi bu həftə PSJ-dən gedir - Rəsmən təsdiqləndi
"Qəbələ"nin vitse-kapitanı qarşıdakı finaldan danışdı
Ramil Şeydayevi bombardir edən 22 qolun - Videosu
Azərbaycanda oynadığı klubdan ayrıldı
"Gələn mövsüm builkindən daha güclü "Səbail" olacaq"
Mourinyodan gələcəyi ilə bağlı açıqlama
MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan etdi
Məşhur futbolçu karyerasını başa vurur
İnfantino "Qarabağ"ı təbrik etdi
"Messinin adı transfer siyahımızda yoxdur"
Mourinyo medalını atdı, Navas toru cırdı - Finaldan şəkillər
“Gecə klubları mənlik deyil” - Şahruddin
Avroliqanın finalının ən yaxşı oyunçusu seçildi
Dibala göz yaşlarını saxlaya bilmədi
Finaldan sonra Mourinyodan sərt etiraz
"Sevilya" 7-ci dəfə Avropa Liqasının qalibi oldu
Benzema Ronaldo ilə Səudiyyə Ərəbistanı liqası haqda danışdı
Avroliqanın final oyunu üçün heyətlər
"Turan Tovuz"un legioneri milliyə çağırıldı