İngiltərə Premyer Liqasında "Nottinqem Forest"in qapıçısı Con Viktor üçün "Aston Villa" ilə qarşılaşma uğursuz alınıb.
QOL.az xəbər verir ki, uzun müddətdən sonra şans qazanan braziliyalı qolkiperin yol verdiyi kobud səhv oyunun taleyinə birbaşa təsir edib.
Belə ki, cərimə meydançasını tərk edərək topu uzaqlaşdırmaq istəyən Viktor ehtiyatsızlıq edərək komanda yoldaşı ilə toqquşub. Yaranan qarışıqlıqdan istifadə edən "Aston Villa"nın kapitanı Con Makqinn topu boş qapıya göndərib.
Uğursuzluq bununla da bitməyib. Toqquşma zamanı zədələnən Viktor oyunu davam etdirə bilməyib və məcburi əvəzlənmə ilə meydanı tərk edib.
Məlumata görə, qapıçının ciddi zədəsi yoxdur və onun tezliklə sıraya dönməsi gözlənilir. Lakin yol verdiyi bu səhvdən sonra baş məşqçinin ona yenidən əsas heyətdə şans verib-verməyəcəyi sual altına düşüb.
Qeyd edək ki, qarşılaşma "Aston Villa"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı