"Şamaxı"nın legioneri oynadı, komandası mübarizəni dayandırdı

"Şamaxı"nın legioneri oynadı, komandası mübarizəni dayandırdı
DÜNYA FUTBOLU 5 Yanvar 2026 / 00:47 908
-  A +

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. 

QOL.az xəbər verir ki, meydan sahibi Mərakeş Tanzaniya ilə qarşılaşıb. 

Tanzaniya yığmasının heyətində "Şamaxı"da çıxış edən Alfons Msanqa da meydanda olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 83-cü dəqiqədə İddi Nado ilə əvəzlənib. Msanqa 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

Matç Mərakeşin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu görüşün 64-cü dəqiqəsində “Real”ın yarımmüdafiəçisi Brahim Diaz vurub. Bununla da Tanzaniya millisi turnirlə vidalaşıb. 
 


Son xəbərlər