Rubén Amorim İngiltərə Premyer Liqasının (1992-ci ildən) tarixində “Mançester Yunayted”in ən aşağı qələbə faizi olan baş məşqçi olub.
QOL.az "Opta" statistik portalına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” Premyer Liqa oyunlarının cəmi 32 faizində qalib gəliblər. Bu göstərici klubun Premyer Liqa tarixində ən zəif nəticəsidir.
Bundan əlavə, Amorim dövründə “Mançester Yunayted” ən aşağı “quru oyun” faizinə də sahib olub — cəmi 15 faiz.
Hazırda Mançester təmsilçisi Premyer Liqa turnir cədvəlində 20 oyundan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan 17 xal geri qalır.
Xatırladaq ki, 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin edilən R. Amorim bu gün istefaya göndərilib.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət