“Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssislə əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, hazırkı mövsümdə "qırmızı-şeytanlar" İngiltərə Premyer Liqasında 20 oyundan 31 xalla 6-cı yeri tutur.
"Mançester Yunayted" istefanın səbəbləri ilə bağlı açıqlamada bildirib:
"Ruben 2024-cü ilin noyabrında bu vəzifəyə təyin olunmuş və may ayında komandanı Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarmışdı. “Mançester Yunayted” Premyer Liqada 6-cı pillədə qərarlaşdığı üçün klub rəhbərliyi çətin də olsa, dəyişiklik etməyin doğru vaxt olduğuna qərar verib. Bu addım komandanın Premyer Liqanı mümkün olan ən yüksək mövqedə başa vurması üçün ən yaxşı imkan yaradacaq. Klub Rubenə verdiyi töhfələrə görə təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır. Darren Fletcher çərşənbə günü “Bernli”yə qarşı oyunda komandanı meydana çıxaracaq".
Xatırladaq ki, Ruben Amorim 2024-cü ilin noyabr ayında “Mançester Yunayted”in baş məşqçisi təyin olunmuşdu. O, bu vəzifəyə qədər Lissabon “Sportinq”ini çalışdırıb və klubla Portuqaliya çempionluğunu qazanıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət