Jurnalist və insayder Fabritsio Romano “Strasburq”un baş məşqçisi Liam Rozenyorun Londonun “Çelsi” klubunu çalışdıracağını bildirib.
QOL.az xəbər verir ki, mənbənin məlumatına görə, mütəxəssis artıq Böyük Britaniyanın paytaxtındadır. Onunla yekun söhbətin yaxın 24 saat ərzində keçirilməsi planlaşdırılır və gözlənilir ki, Rozenyor bu həftə rəsmi şəkildə “Çelsi”nin baş məşqçisi elan olunsun.
Bu arada “Strasburq” mümkün əvəzləyici axtarışına başlayıb. Bu addım Liam Rozenyorun London klubu ilə müqavilə imzalamasından əvvəl əsas mərhələ hesab olunur. Romano həmçinin qeyd edir ki, bürokratik proses çox tez başa çatacaq və “Çelsi” artıq “yeni dövrə hazırdır”.
Xatırladaq ki, yanvarın 1-də “Çelsi” rəhbərliyi baş məşqçi postundan Entso Mareskanı istefaya göndərmişdi.
41 yaşlı Rozenyor daha əvvəl İngiltərənin aşağı liqa klubları olan “Derbi” və “Hall Siti”də çalışıb. O, 2024-cü ildən etibarən faktiki olaraq “Çelsi”nin farm-klubu sayılan “Strasburq”a rəhbərlik edirdi. Cari mövsümdə fransız klubu Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və Liqa 1-də 7-ci pillədə qərarlaşıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət