“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox danışılası bir şey yoxdur. Məğlub olduq. Çox istəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Bizim üçün vacib oyun idi. Qazanılacaq 3 xal növbəti mərhələ üçün şanslarımızı artıracaqdı. Matça yaxşı başladıq. Qollarımızı vurduq. Qarşılaşmanın gedişində bəzi dəqiqələrdə üstünlük bizdə idi. Çox yaxşı hücumlar qururduq, topla yaxşı rəftar edirdik. Lakin hücuma çıxanda bəzi səhvlərə yol verirdik. Bu cür matçlarda isə ani səhvlər qapında qolla nəticələnir. Rəqib əks-hücumlarda çox güclü idi. Bunun da qarşılığında iki qol buraxdıq. Son iki topu demirəm. Onsuz da sonda komanda həvəsdən düşmüşdü. Çox istəyirdik qalib gələk. Təəssüf ki, alınmadı. Əlimizdən gələni edəcəyik ki, növbəti 2 matçda maksimum nəticə qazanaq.
- Sizcə, matçın qırılma anı hansı idi?
- Rəqibin vurduğu üçüncü qolu deyərdim. Hesabda geri düşəndə çox məyus olduq. Dördüncü qol da elə həmin məyusluğun nəticəsi idi.
- Əvəzetmələrin matçın gedişinə nə dərəcədə təsiri oldu?
- Əvəzetmələrə mən qarışmasam, daha yaxşı olar. Çünki bu, məşqçinin qərarıdır. Mən nəsə deyə bilmərəm.
- Qeyd etdiniz ki, rəqib əks-hücumları təhlükəli olurdu. Bunu bilə-bilə hesabda ikinci dəfə önə keçdikdən sonra arxaya çəkilmək olmazdı? Düşünmürsünüz ki, 2:1-də hesabı qorumaq daha doğru variant idi?
- O dəqiqələrdə geriyə çəkilsəydik, düzgün olmazdı. Boşluqların olması normaldıt. Lakin ani səhvlər olmamalıdır ki, rəqib fərqlənə bilməsin.
- Qaçırılan qol şansları məğlubiyyətə nə dərəcədə rol oynadı?
- Əlbəttə, böyük təsiri oldu. Nə qədər epizodlarımız var idi. Təəssüf ki, yararlana bilmədik.
- Komandada pley-offa ümid qalıb?
- İtirəcək bir şeyimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq və növbəti mərhələyə adlayaq.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi