Bakının “İnter” Peşəkar İdman Klubunun fəxri prezidenti, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin Qol.Аz-saytına müsahibəsi
- Öncə “Bakı” – “İnter” matçı haqda fikirlərinizi bilmək istərdik...
- Nə demək olar? Hər iki komanda üçün vacib qarşılaşma idi. “İnter” oynadı da, uddu da. Həm “Bakı”, həm də “İnter”ə uğurlar arzulayıram. - Ümumiyyətlə, bu mövsüm komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Bu gün bir söz demək çətindir. Sözsüz ki, hər şeyi “6-lıq” göstərəcək. Kim güclü olacaqsa, o da çempionluğu bayram edəcək.
- “İnter” gələn ay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku”nda çıxış edəcək. Komandanızın qarşısına hansı hədəf qoyulub?
- Komandamız “Birlik kuboku”na ciddi hazırlaşır. Lazımi tədbirlər görülür. Qış “transfer pəncərəsi” dövründə heyəti gücləndirməyə çalışacağıq. Çünki bu yarışa gediriksə, hansısa nailiyyətlər əldə etməliyik. Təbii ki, “İnter”in qarşısına məqsəd qoyulub. Məqsəd “Birlik kuboku”nu Bakıya gətirməkdir. Hədəf olmasaydı, getməyin də mənası olmazdı.
- “Şəfa” stadionu hələ də FİFA tərəfindən qəbul olunmayıb. Meydançanın ot örtüyünü dəyişməyi planlaşdırırsınız?
- Bəziləri “Şəfa” stadionundan çox yazır. Mən onlarla polemikaya girmək istəmirəm. Amma bilirsiniz, “Şəfa” stadionu çox bərbad halda idi. Onun ot örtüyünün altından nələr çıxmırdı? Digər tərəfdən, onun bünövrəsində ciddi problemlər var idi. Buna görə təmiri də, bərpası da uzun çəkir. Biz nəyə görə süni örtüyə keçdik? Yadınızdadırsa, o vaxtlar Bakıda Tofiq Bəhramov adına Respublika stadionu və “Şəfa” stadionundan başqası yox idi. Süni örtüklü meydançaya keçdikdən sonra orada bütün komandalar oynayırdılar. Ona görə də 12 illik zəmanəti olan süni örtük, təəssüf ki, tez sıradan çıxıb. Təbii ki, tribunalar, oturacaqlar tam dəyişdirildikdən, təmir-bərpa işləri qurtardıqdan sonra meydançanın örtüyünü də dəyişəcəyik.
- Bəs FİFA nümayəndələri meydançanızı nə vaxt yoxlamağa gələcəklər?
- Elə meydançanın örtüyü dəyişdirildikdən sonra.
- Bu mövsüm “Şəfa” stadionunda beynəlxalq oyun keçirmək mümkün olacaq?
- Düşünmürəm. Amma meydançanın örtüyü dəyişdirildikdən sonra bu məsələyə baxılacaq.
- Mətbuatda belə fikirlər səsləndirilir ki, guya “İnter” növbəti mövsümdən Zaqatalanı təmsil edəcək...
- “İnter” Zaqatalanı təmsil etməyəcək. Hesab edirəm ki, Zaqatalanın “Simurq” kimi yaxşı komandası var. Baxmayaraq ki, bu gün autsayderlər sırasındadır. Amma onların qarşısına tam başqa - yerli oyunçulardan yaxşı komanda yaratmaq məqsədi qoyulub. Təbii ki, bu, bir il ərzində olmur. Ən azı 2 il lazımdır.
- Yeri gəlmişkən, zaqatalalı azarkeşlər Sizə “Simurq”a dəstək verməyiniz üçün müraciət etmişdilər. Bu müraciətə reaksiyanız necə oldu?
- Təbii ki, “Simurq”un öz rəhbərliyi var. Amma mənim bildiyimə görə, baş məşqçi Coko Haciyevskinin qarşısına tam başqa məqsədlər qoyub. Bu da yerli oyunçulardan güclü komanda yaratmaqdır.
- “Simurq” klubu ilə “İnter”in əlaqələri haqda da fikirlərinizi bilmək istərdik. Çox deyirlər ki, “Simurq” “İnter”lə qardaş klubdur...
- Mən bütün komandalara qardaşam. Fərqi yoxdur. Əvvəllər çox söz-söhbətlər gəzirdi ki, “Simurq” “İnter” üçün yaradılıb. Amma özünüz görürsünüz. Ən azı həm ötən mövsüm, həm də bu mövsüm “Simurq”la “İnter” arasında keçirilmiş oyunları yəqin ki, izləyirsiniz. Görürsünüz ki, amansız mübarizə gedir.
- Bəlkə bu söz-söhbətlər Sizin Zaqatalaya regionca bağlılığınızdan irəli gəlir?
- Mən özüm Bakıda anadan olmuşam. Şəkiyə də bağlıyam, Zaqatalaya da bağlıyam, Naxçıvana da bağlıyam, hər yerə bağlıyam.
- “İnter”də maliyyə problemlərinin yaranması barədə yazılanlar nə dərəcədə həqiqətə uyğundur?
- “İnter”də heç bir maliyyə problemi yoxdur. Bilirsiniz, klubun öz büdcəsi var. Büdcədənkənar müəyyən hallar ortaya çıxanda bir-iki həftə gecikmələr olurdu. Bilirsiniz, bəzi adamlar... Müəyyən söz-söhbətlər çıxarmaq bi zdə dəbdir də... Heç bir maliyyə problemləri yoxdur. Stadion da gözünüzün qabağındadır, tikilir. Futbolçular da oynayırlar. Ödəniş olmasaydı, oynayardılar?
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi