Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Unibank Premyer Liqasının «Bakı» - «İnter» oyununundan sonra Qol.Az saytının suallarını cavablandırıb
- Bu gün azarkeşlər əla bir matçın şahidi oldular. Həm «Bakı»nın, həm də «İnter»in oyunu məni məmnun etdi.
- Bu matçda milli üçün yeni futbolçu kəşf edə bildiniz?
- Meydandakı futbolçuların hamısını tanıyıram. Aleksandr Çertaqonov, Arif Daşdəmirov, Vladimir Levin, Əziz Quliyev, Cəmşid Məhərrəmov… Siz bilirsiniz ki, mən futbolçular haqda mətbuatda danışmağı xoşlamıram.
- Millinin son təlim-məşq toplanışından neçə nəfəri Dubaydakı hazırlıq prosesinə cəlb edəcəksiniz?
- Üç-dörd yeni oyunçunu özümüzlə aparacağıq.
- Onların adlarını bilmək olar?
- Qoy, bu sürpriz olsun. Yeni ildə hamı bir-birinə hədiyyə verir. Mən də onların adlarını o zaman açıqlayaram.
- Millinin builki çıxışlarına beş ballıq şkala üzrə hansı qiyməti verərdiniz?
- Mən Azərbaycanda işimi hələ bitirməmişəm. Nə zaman fəaliyyətim bitəcək, o zaman da millini dəyərləndirərəm.
- Budəfəki səfəriniz zamanı Vinfrid Şefer və Qurban Qurbanovla görüşmüsünüz. Daha hansı məşqçilərlə görüşləriniz nəzərdə tutulub?
- Siz Şeferlə görüşüm haqda məndən çox bilirsiniz.
- Unutmamısınızsa, bu haqda özünüz keçirdiyiniz son mətbuat konfransında məlumat vermisiniz.
- Bəli, Şeferlə görüşmüşəm. O, mənim dostumdur. 10 il bir komandada oynamışıq. Onunla tez-tez görüşürük. Və hər dəfə Azərbaycanda futbolu barədə söhbət aparırıq. Bu gün Toni Adams və Qari Stivensonla da görüşdüm. Azərbaycan futbolunun inkişafı ilə bağlı söhbət etdik.
- Dostunuz Şeferin komandasının «İnter»ə bugünkü məğlubiyyətini nə ilə əlaqələndirərdiniz?
- Futbolda məğlubiyyət də, heç-heçə də, qələbə də olur. Birinci hissədə «Bakı» çox gözəl oynadı. İkinci yarıda isə «İnter» yaxşı oyun nümayiş etdirdi. «Bakı» öz səhvləri ucbatından uduzdu.
- Oyunun sonlarında «Bakı» «İnter»in futbolçusunun əllə oynadığı iddia edərək rəqib qapısına penalti verilməsini tələb etdi. Sizcə, orada qayda pozuntusu var idi?
- Deyə bilmərəm. Bəs, sizcə, orada qayda pozuntusu olmuşdu?
- Bəlkə də.
- O zaman gözlərinizi mənə icarəyə verə bilərsiniz? (gülür)
- Turnir cədvəlinin liderləri olan «Xəzər Lənkəran» və «Neftçi»nin baş məşqçiləri ilə görüşəcəksiniz?
- Mən onlarla niyə görüşməliyəm?
- Siz millinin baş məşqçisiniz, o komandalardan futbolçu dəvət edirsiniz.
- Mən Bakıda olanda həmişə məşqçilərlə görüşürəm və bundan sonra da görüşəcəyəm. Mətbuata bu barədə məlumat verilir, ya yox, deyə bilmərəm, amma görüşürəm.
- Şefer millimizin aparıcı futbolçularından olan Vaqif Cavadovu oynatmır. Bunun səbəblərini bilirsiniz?
- Bu sualı Şeferə verin.
- Hər halda yəqin ki, Şefer bu haqda sizə məlumat verib.
- Mən bu haqda heç nə demək istəmirəm. Əgər Vaqifi mən oynatmasaydım, sualı cavablandırardım.
- Dubay toplanışında hansı rəqiblərlə görüşəcəyiniz müəyyənləşib?
- Məlumatım yoxdu. Ona görə də hələlik heç nə deyə bilmərəm. Bir də ən əsası oyunlar yox, toplanışın özüdür.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi