2022/23 mövsümü Avropa kuboklarında Azərbaycan klublarının rəqibləri olmuş komandalar qitəmiqyaslı yarışda mübarizəni davam etdirirlər.
Qol.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a məğlub olmuş “Ferentsvaroş” (Macarıstan) hazırda Avropa Liqasının pley-off mərhələsində yarışır. Budapeşt təmsilçisi turnirin bu mərhələsinin ilk matçında dünən İrlandiyanın “Şemrok Rovers” komandasını qəbul edib. Stanislav Çerçesovun komandası “Qarabağ”a məğlubiyyətin əvəzini sanki irlandlardan çıxıb. 4:0 hesabı ilə inamlı qələbə qazanan macarlar Avroliqanın qrupuna düşmək üçün yaxşı imkan qazanıblar.
ÇL-in ikinci mərhəsində “Qarabağ”ın rəqibi olmuş “Sürix” də Avroliqanın pley-offundakı ilk görüşünü qələbə ilə başa vurub. İsveçrə təmsilçisi öz meydanında Şotlandiya “Harts”ından üstün olub - 2:1.
“Qarabağ”ın ÇL-in birinci mərhələsində rəqibi olmuş “Lex” (Polşa) isə Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Düdelanj”ı (Lüksemburq) qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Digər təmsilçilərimizdən “Neftçi”ni KL-in üçüncü mərhələsindən uzaqlaşdıran “Rapid” (Vyana) pley-offda ilk matçını Lixtenşteyndə yerli “Vaduts”a qarşı keçirib. Oyun 1:1 hesabı ilə başa çatıb.
İkinci mərhələdə “Zirə”nin rəqibi olmuş “Makkabi” (Tel-Əviv, İsrail) pley-offda öz meydanındakı ilk matçında Fransa “Nitsa”sına qalib gəlib - 1:0.
Digər təmsilçimiz “Qəbələ”dən üstün olan Macarıstanın “Ferehvar” komandası isə Almaniyada “Köln”ə 2:1 hesabı ilə qalib gəlib.
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov
"Kəpəz" ayrılığı açıqladı
"Mançester Siti" Fodenlə müqaviləni uzatdı
"Şəfa"dan 12-ci transfer
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib
"Neftçi" Varqasın transferini açıqladı
“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi
Oçoa karyerasını başa vurdu
Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Tanınmış futbolçu ABŞ klubundan ayrıldı
"Milan"ın Modriç qərarı bilindi
"Neftçi"dən ayrılıb bu kluba keçdi
"Çelsi" belə geyinəcək - Şəkil
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Liverpul" 17 yaşlı istedadı transfer etdi
"Fənərbaxça"nın qələbəsi - Video
"Çelsi" tarixinin ən bahalı transferini açıqladı
"Argentinanın bu performansla çempion olması ayıb olardı"
"Sabah"ın ÇL-də ardıcıl 3-cü qələbəsi - Video
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
"Fənərbaxça"dan qələbə
Konfrans Liqasında 3 oyun
"Sabah"ın potensial rəqiblərinin oyununda 5 qol
Lemina daha 2 il "Qaralatasaray"da