Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) “Qarabağ”ı “İlin komandası” adı ilə təltif edib. Qol.Az-ın məlumatına görə, bu gün keçirilən tədbirdə çıxış edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilk öncə bu mükafata öz münasibətini bildirib. “ Avroliqada uğurlu oyunlara görə bizə çox təbriklər gəlib. Lakin bugünkü mükafat bizi daha da fərəhləndirdi. Sizin təşkilata “Qarabağ”ı ilin komandası seçdiyiniz üçün öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu bizim ilk belə əməkdaşlığımız olmayacaq. Gələcəkdə nəinki sizin təşkilat, eləcə də digər təşkilatlarla da iş birliyimiz olacaq. Əlbəttə ki, bizim də əsas arzumuz və məqsədimiz Azərbaycan futbolunu beynəlxalq səviyyədə tanıtmaqdır”.
Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb. “Mən bu kluba baş məşqçi təyin olunduğum ilk gündən burada işləməyin nə qədər məsuliyyəti bir iş olduğunu anlamışdım. Burada əsas məqsədim “Qarabağ” komandasını beynəlxalq aləmdə də layiqincə təmsil etməkdir. Şükürlər olsun ki, “Qarabağ” artıq nəinki ölkə daxilində, eləcə də Avropada da uğurlu çıxış edir. Növbəti il daha da irəli gedərək Avropa turnirlərinin qrup mərhələsində çıxış etmək istəyirik. Lakin hazırda komandamızda müəyyən çətinliklər var. Amma bunları arxada qoyacağımıza inanıram. “Qarabağ” mənim üçün bütün komandalardan üstündür. Azərbaycanda başqa klublarda işləmək istəmərəm. Bu komanda ilə daha çox uğur qazanmaq istəyirəm. Çünki ağdamliların yetərincə problemi var. Onların əksəriyyəti öz ata-baba yurdlarından didərgin düşüblər. Biz də komanda olaraq öz uğurlarımızla bu insanların problemlərini unutdurmağa çalışacağıq. Məhz buna görə də hazırda bütün diqqətimi bu komandanın uğurlarına yönəltmişəm”.
Qurbanov komandanın gələcək planları haqqında da danışıb:
“Qış fasiləsində heç bir futbolçu ilə yollarımızı ayırmağı düşünmürük. Yalnız mövsüm başa çatanda, gələn ilin may ayında komandadan bir neçə futbolçu göndərilə bilər.
Qış fasiləsində isə bir neçə yeni futbolçu transfer etməyi planlaşdırırıq. Komandanın gələcəkdə uğurlu çıxış etməsi üçün daha çox uşaq futboluna diqqət yetirməliyik. Lakin uşaq futbolu ilə yanaşı hər bir klubun lazımi səviyyədə infrastrukturu, bazası və gözəl stadionları da olmalıdır. Hazırda bu sahədə işlər uğurla həyata keçirilir. Bunun nəticəsini görmək üçün zamana ehtiyac var”.
Təcrübəli mütəxəsis hakimlər və Quzanlı stadionu ilə bağlı verilən sualları cavabsız qoyub və yalnız bunları deməklə kifayətləninb: “Bakıda da Quzanlıdakı kimi azarkeşlərimiz olarsa, biz daha fərqli oyun nümayiş etdirərik. Lakin Bakıdakı oyunlarda tamaşaçı sayının az olması bizim oyunumuza da öz mənfi təsirini göstərir. Quzanlı oynamaq məsələsi isə rəhbərliyin işidir. Biz bu işə qarışa bilmərik”.
Qurbanov Azərbaycan qadın futbolunun zəif inkişaf etməsilə verilən suala lokanik cavab verib: “Biz hələ kişiləri bir yerə çıxaraq, ondan sonra qadın futbolu haqda düşünərik”. Sonda Qurbanov Azərbaycanda qadınların da futbola marağının artmasını alqışlayıb və onlara futbolla nəfəs almalarını tövsiyə edib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi