Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Berti Foqtsun «bizim əsas hədəfimiz «Avro-2016»nın final mərhələsində oynamaqdır» fikrinə münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində Vaqif Sadıqov deyib ki, son illər Azərbaycanda futbolunda sürətlə inkişaf getdiyindən millimizin «Avro-2016»nın finallarında oynamasına real yanaşmaq lazımdır: «Azərbaycan futbolu ölkədə gedən sürətli inkişaf prosesilə ayaqlaşmağa başlayıb. Bu mənada, futbolumuzda da nəzərə çarpan inkişaf əvvəl-axır məntiqi sonluqla tamamlanmalıdır. Bir neçə il əvvəl bizim klublarımız Avropa kuboklarında bir mərhələ adlayanda bunu haradasa yetərli sayırdıq, indi ən azı üç, dördüncü mərhələdə mübarizəni dayandıranda narazı qalırıq. Bütün bunlar özü artıq inkişafdan xəbər verir. «Avro-2016»da oynamaqla bağlı deyilənlər, təkcə Berti Foqtsun deyil, bizim hamımızın başlıca hədəfimiz olmalıdır. Buna nail olmaq üçün təkcə məşqçi, futbolçu deyil, biz hamımız birləşib komandamıza kömək etməliyik».
Vaqif Sadıqov Foqtsun bu fikrinə real baxmayanlarla razılaşmayıb: «Biz niyə də «Avro-2016»da oynamayaq?! Bu gün Azərbaycanda istedadlı gənclər formalaşır. Ölkəmizdə və futbolmuzda gedən inkişaf da bu məsələyə nikbinliklə baxmağa əsas verir. Mən belə məsələlərdə həmişə Türkiyəni yada salıram. Qardaş ölkə 15-20 il ərzində güclü sıçrayışa nail ola bildi. Hesab edirəm ki, artıq Azərbaycan futbolunun da Avropada öz sözünü deməsinin vaxtı çatıb».
Bu hədəfə çatmaq üçün qarşıda hələ xeyli vaxt olduğunu deyən Sadıqov gənc nəsil futbolçularla aparılan işlərin o vaxta qədər bəhrəsini verəcəyinə inandığını söyləyib: «Bügünkü istedadlı gənc futbolçularımız həmin dövrə qədər ən optimal formalarına çatacaqlar. Əsas odur ki, hədəfə çatmaq üçün səhvlərə yol verməyək».
Vaqif Sadıqov hesab edir ki, millinin uğurlarına nail olmaq üçün təlim-məşq toplanışlarının çox olması vacibdir: «Mən həmişə müasirliklə ayaqlaşmanın lehinə olmuşam. Hələ 1998-ci ildə, millinin baş məşqçisi olanda söyləmişdim ki, komandanın təlim-məşq toplanışlarının sayı çoxalmalıdır. Amma eyni zamanda vurğulayım ki, millinin hazırlıq prosesi qısamüddətli olmamalıdır. Təqvim hazırlananda milli üçün də «pəncərə» açılmalıdır. Eyni zamanda hazırlıq prosesi elə getməlidir ki, bu, klubların da işinə ziyan vurmasın. Hesab edirəm ki 3-4 günlük toplanışlar nə nə milliyə, nə də klublara xeyir verə bilər. Təlim-məş toplanışları tez-tez olmalı, ən azı 10 günü əhatə etməli, toplanışın sonu isə bir yoldaşlıq oyununun keçirilməsi ilə tamalanmalıdır. Mən millidə işləyəndə söyləmişdim ki, klub-yığma münasibətləri lazımi səviyyədə deyil. İndi də klublar baş məşqçi Foqtsa bir araya gəlib lazım olan təqvim planıyla bağlı birgə razılığa gəlməlidirlər» - deyə V.Sadıqov bildirib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi