"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen, Çexiya) ilə keçirəcəkləri oyunlar barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib:
"Viktoriya" ilə oyunlara böyük ümidlərlə hazırlaşacaq, əlimizdəki şanslardan maksimum yararlanmağa çalışacağıq. Bilirik ki, bu rəqibi də üstələsək, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Daha yaxşı, daha istəkli olmalı və daha da səhvsiz oynamağa çalışmalıyıq. Rəqibi tam təhlil edəndən sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda Çempionlar Liqasının pley-offuna elə-belə gəlməyib. Ümumiyyətlə, Çexiya futbolu çox intizamlıdır. Çox yaxşı müdafiə xətləri olur, standart vəziyyətlərdə xeyli təhlükəli olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və uğurlu nəticə əldə etmək üçün ən yaxşısını ortaya qoyacağımıza inanıram".
Qurbanov bildirib ki, "Viktoriya" ilə ilk görüşü Bakıda keçirmələri üstünlükdür: "İlk oyunun Bakıda olmasına gəldikdə, xeyirlisi, qismətimizdə budursa, razılaşmalıyıq. İlk matça ciddi hazırlaşmalıyıq. İnanıram ki, ev oyunu üstünlüyümüz olar".
Baş məşqçi pley-off mərhələsinədək yeni transfer edib-etməyəcəkləri barədə suala da cavab verib: "Müdafiə xətti ilə bağlı hazırda hər hansı fikrimiz yoxdur. Amma ola bilər ki, digər mövqelərə hər hansı dəyişiklik olsun. Olmasa belə, hazırkı heyət yetərlidir və çox istəklə çıxış edirlər, çox həvəslidir. İstədiyimiz oyunçuları əldə edə bilsək, mütləq götürəcəyik, olmasa, elə bu heyətlə də davam edəcəyik".
Çalışdırıcı ötən gün ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"a (Macarıstan) 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunu haqqında isə bu sözləri deyib: "Əlbəttə, oyunu ələ almaq, üstünlüyü öz tərəfinə keçirmək istəyirsən. Bunlar bəzən alınır, bəzən yox. Bəzən də rəqib oyuna daha yaxşı başlayır. Sevinirik ki, cavab görüşü bizim üçün çox yaxşı başladı. Erkən qol vurmaq istəyirdik, bu da alındı. Deməzdim ki, rəqibi yaxşı təhlil etmişdik və ya əlavə bir şey ortaya qoyduq. Sadəcə, düşündüyümüzü daha yaxşı etdik və rəqibə qarşı daha sıx oynadıq. Şadıq ki, hər şey bizim tərəfimizdə oldu. Oyundan əvvəl və sonra rəqib baş məşqçi Stanislav Çerçesovla görüşümüz oldu. Qarşılaşmanın ardından bizi qələbə münasibətilə təbrik etdi".
Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk oyununu 16/17 avqustda evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”