"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Kəpəz"lə oyundan (2:1) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Həmişə ilk turlar çətin keçir. Xüsusilə avqustdakı isti hava futbolçulara mənfi təsir edir. Avrokubokdan çempionata keçid də çətindir. Rəqib sona qədər əzmkar mübarizə apardı. Kəsərli hücumlar qurmaqda çətinlik çəkirdik. “Kəpəz” həmişə xarakteri ilə seçilib. Bu gün də bunu meydanda gördük. Yaşar müəllimin böyük təcrübəsi var. Ona qarşı oynayan komandalar çətinlik çəkirlər. Azlıqda qaldıqdan sonra Sərtanı yarımmüdaifənin sağına buraxdıq. Son dəqiqələrdə əhəmiyyətli qol vurduq. Bu da oyunçuların xarakterindən xəbər verir. Bu oyundan 3 xal çıxarmaq çox vacib idi. Futbolçuları təbrik edirəm.
- Rəqibdən belə oyun gözləyirdiniz?
- Bəli. Heyəti və Yaşar müəllimin təcrübəsini nəzərə aldıqda gözləyirdim. Təkcə heyətə yox, məşqçiyə, camiəyə də baxmaq lazımdır. Yorulacaqlarını gözləyirdim, amma sona qədər mübarizə apardılar. Bu gün uduza da bilərdik. Futbolçular sona qədər inandılar, xarakter göstərdilər.
- Heyətin geniş olmaması problemini hiss edirsiniz?
-Heyətin genişliyi ilə bağlı problem yaşayırıq. Rəhbərlik transferlər üçün büdcə ayırıb. Amma Avropa bazarında qiymətlər qalxıb. Büdcəmizə uyğun, istədiyimiz oyunçuları gətirməkdə çətinlik çəkirik. Kəmiyyəti artırmaq üçün transfer etmək istəmirik. Bir az da səbr etmək istəyirik.
- VAR çempionata nə qədər maraq gətirib?
- Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər.
- Bazar qiymətlərinin qalxdığını dediniz. Buna uyğun büdcə arta bilərmi?
- Danışıqlarımız davam edir. Bu mövzudə təhbərliklə müzakirə olacaq. Keçənilki qiymətə futbolçu gətirə bilmirik. Türkiyədə 3 komanda ilə bir oteldə qalırdıq. Onlar da böyük qiymətlərlə futbolçu tapmaqda çətinlik çəkirdilər. Futbolçuları da bizdən çox güclü deyildi. Orda başa düşdüm ki, bizi nə qədər çətin transfer dövrü gözləyir. Bundan çıxış yolu tapmalıyıq.
- Cəlal Hüseynovun “Şamaxı”ya icarəyə verilməsinin səbəbi nə idi?
- 2 ildir, onun üzərində işləyirəm. Çox fikirləşdik, müzakirələr apardıq və razılaşdıq ki, indi ona daha çox oynamaq lazımdır. 2-3 klubdan ona maraq var idi. Özü “Şamaxı”nı seçdi, mən də onu dəstəklədim. Onun inkişafının qarşısını almamaq üçün bu qərarı verdik. Burada da oynayacaqdı, amma “Şamaxı”da daha çox meydana çıxa bilər.
- Qırmızı vərəqə aldıqdan sonra futbolçular adətən birbaşa paltardəyişmə otağına yollanır. Çantakias isə gəldi, dayandı, formasını yerə çırpdı. Bu cəsarəti haradan tapır?
- Biri var ki, futbolçu mənə görə formanı yerə vurub, biri də var qırmızı aldığına görə. Niyyət çox vacibdir. VAR-a görə ora gəldi. 4-cü hakim dəqiq qırmızı olduğunu dedikdən sonra oranı tərk etdi.
- Bu mövsüm üçün hədəfiniz nədir?
- Bütün komandalar yüksək yerlərdə olmaq istəyir. Ötən mövsüm avrokuboka getmişik, medal qazanmışıq. Bu il də medalçı olmaq istəyirik. Amma digər rəqiblər də güclənib.
- “Qarabağ”la “Neftçi”nin avrokubokda mərhələ keçmək şansını necə görürsünüz?
- Hər ikisinə ümidliyik. “Neftçi” dünən möhtəşəm oynadı. iTəəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. "Qarabağ"ın "Neftçi" kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim.
- Ramin Musayevin PFL-dən getməsi, “Misli”nin Premyer Liqaya sponsor gəlməsi barədə nə deyə bilərsiniz?
- Bu barədə heç düşünməmişəm. İşlərimiz çoxdur, futbolçulara baxırıq, məşqlər edirik. Könül istər ki, hər nə baş veribsə, xeyrimizə olsun. Ramin müəllimə fəaliyyətinə görə təşəkkür edir, yeni PFL prezidentinə uğurlar arzulayırıq. İstərdik ki, çempionatımızın səviyyəsi daha da artsın.
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər