UEFA-dan Rauf Cabbarova yeni təyinat

UEFA-dan Rauf Cabbarova yeni təyinat
XƏBƏR 22 İyun 2022 / 20:16 2190
-  A +

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti təyinat alıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 1-ci təsniat mərhələsinin "Bortats" ( Bosniya və Herseqovina) - "B-36 Torşavn" (Farer adaları) ilk oyununun baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 7-i keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner