"Qarabağ" "Lex" səddini keçsə, "Sürix"lə bu vaxtda oynayacaq

"Qarabağ" "Lex" səddini keçsə, "Sürix"lə bu vaxtda oynayacaq
XƏBƏR 22 İyun 2022 / 19:39 4598
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki mümkün rəqibi "Sürix"in (İsveçrə) cavab oyununun vaxtı açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 1-ci mərhələdə "Lex" səddini keçsə, İsveçrə klubu ilə səfərdəki cavab matçına iyulun 27-də çıxacaq. "Sürix"in "Qarabağ" - "Lex" (Polşa) cütünün qalibi ilə ikinci görüşü  "Letsiqrund" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, ilk qarşılaşmanın vaxtı isə dəqiqləşməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner