Mahirin komandası Sloveniyaya getdi

Mahirin komandası Sloveniyaya getdi
XƏBƏR 22 İyun 2022 / 17:41 2304
-  A +

Millimizin futbolçusu Mahir Emreli şərəfini qoruduğu "Dinamo"da (Zaqreb) məşqlərə qayıdıb.

Qol.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, o, komanda ilə birlikdə Sloveniyaya təlim-məşq toplanışına yollanıb.

Zaqreb təmsilçisi sözügedən ölkədə iki yoxlama oyunu keçirəcək. "Dinamo" iyunun 26-ı "Şkendiya" (Şimali Makedoniya), iyulun 1-i isə "Spartak" (Trnava, Sloveniya) ilə qarşılaşacaq


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner