"Neftçi"nin rəqibi ispaniyalı hücumçu aldı

"Neftçi"nin rəqibi ispaniyalı hücumçu aldı
XƏBƏR 22 İyun 2022 / 14:10 1945
-  A +

"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın 3-cü liqasında çıxış edən "Marbelya"dan Karlos Espositonu transfer edib. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

18 yaşlı ispaniyalı hücumçu  ötən mövsüm "Marbelya"nın U-19 komandasında 26 oyuna 16 qol vurub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner