Sabah Azərbaycanda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları start götürəcək.
Qol.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərhələnin II qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə qarşılaşacaq. İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq.
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 23-29 iyun tarixlərində keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
I qrup
“Basiani” - “Tallinna Zapoos”
23 iyun. ASK Arena
“Tallinna Zapoos” - “Kaskelen”
25 iyun. ASK Arena
“Kaskelen” - “Basiani”
27 iyun. ASK Arena
II qrup
“Kolos” - “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu
“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu
FİNAL
I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu
Bütün oyunlar saat 16:00-da başlayacaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları