"Bavariya"ya keçəcəyi gözlənilən Sadio Mane Münhen klubunun forması ilə görüntülənib.
Qol.az xəbər verir ki, fotonu "Sports Digitale" nəşri dərc edib. Sabah Almaniya klubunun 30 yaşlı futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayacağı da bildirilir. Bu gün isə Mane Münhendə tibbi müayinədən keçib.
Bundan əvvəl tərəflərin artıq sövdələşmənin bütün şərtləri ilə bağlı razılığa gəldiyi bildirilib. "Liverpul"un bu transferdən 41 milyon avro qazanacağı qeyd olunub.
Mane 2016-cı ilin iyulundan "Liverpul"da çıxış edir. Hücumçu 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.

Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir