FİFA-dan yeni qərar - Rusiya klubları ilə...

FİFA-dan yeni qərar - Rusiya klubları ilə...
XƏBƏR 21 İyun 2022 / 15:59 5715
-  A +

FİFA Rusiya klubları ilə müqaviləsi olan əcnəbi futbolçu və məşqçilərlə bağlı yeni açıqlama yayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, onların 2023-cü il iyunun 30-dək müqavilələrini pozmaq hüququ olacaq. 

FİFA Rusiyanın Ukrayna ilə müharibəsi ilə əlaqədar  futbolçulara, klublara və məşqçilərə effektiv köməklik göstərmək üçün bu qərarın uzadılmasına qərar verib.

Qeyd edək ki, Rusiyanın milli komandaları və klubları Ukraynadakı müharibəyə görə FİFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner