AFFA-nın təşkil etdiyi liqalarda mövsümə yekun vurulub.
Qol.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları son mövsümdə 5 qızıl, 2 bürünc medal qazanıblar. U-10, U-12, U-14, U-15 və U-16 komandaları mövsümü qızıl, U-11 və U-19 komandası isə bürünc medalla başa vurublar.
U-15 komandasının üzvü Babamirzə Mehdiyev çıxış etdiyi liqada çempionatın ən yaxşı futbolçusu seçilib.
"Sabah"ın əməkdaşlıq etdiyi “Vətən” Futbol Məktəbi isə son mövsümdə 2 gümüş medal qazanıb.
“Sabah” Futbol Akademiyasının komandaları 2021/22-ci il mövsümündə:
U-10 – çempion
U-11 – 3-cü yer
U-12 – çempion
U-13 – 1/8 final
U-14 – çempion
U-15 – çempion
U-16 – çempion
U-17 – 6-cı yer
Gənclər Liqası (U-19) – 3-cü yer
Qeyd edək ki, bu nəticə cari mövsümdə ən yaxşı göstəricidir. Bununla yanaşı, “Sabah” Futbol Akademiyası son mövsümkü nəticə ilə tarixi ərzində rekord göstəriciyə imza atıb.
Akademiyanın komandaları 2018/19-cu il mövsümündə 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş (U-11, U-16), 1 bürünc (U-15), COVİD-19 pandemiyası ilə əlaqədar erkən dayandırılmış və bir çox liqalarda qalibin müəyyən olunmadığı 2019/20 mövsümündə 1 qızıl (U-17) və 1 gümüş (U-19) medal qazanmışdı. Yalnız U-17 və Gənclər Liqasında oyunların keçirildiyi 2020/21 mövsümündə isə U-19 komandamız mövsümü gümüş medalla başa vurmuşdu.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?