“Burda çatışmayan yeganə şey futbolçuların keyfiyyəti və sayı ilə bağlıdır. Baza yüksək deyil. Onun da keyfiyyətini yetərli saymaq olmaz. Ona görə də kim bir az yaxşıdırsa, onun uğrunda mübarizə aparırsan”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-19 milisinin baş məşqçisi Miloş Velebit ölkəsi Serbiyanın “Sportklub” nəşrinə müsahibəsində bildirib.
O, Azərbaycanın yeniyetmə futbolunun problemləri haqda danışarkən deyib: “Serbiyada 17-19 yaş arası 12 min futbolçu qeydiyyatda varsa, Azərbaycanda bu rəqəm cəmi 250-dir. Yəni Serbiyada baza 60 dəfə çoxdur. Ona görə də futbolçu seçimi zamanı çox diqqətli olmalısan. Əgər istedadlı futbolçu üzə çıxıbsa, hər şey etməlisən ki, onu itirməyəsən. Əks halda bu il elə birisi qarşına çıxmaya bilər”.
O, işlədiyi ölkələrlə Azərbaycan futbolunu müzakirə edərkən bunları deyib: “Yunanıstanda yüksək səviyyəli Avropa futbolu var. Azarkeşlər öz komandalarının əsl fanatlarıdırlar. İlk növbədə “Olimpiakos”u, PAOK-u, AEK-i, “Panatinaikos” və “Aris”i qeyd edə bilərəm. Ötən mövsüm Azərbaycan Premyer Liqasında 8 komanda yarışırdı. Yeni mövsümdən isə klub sayı 10-a qaldırılıb. Bir də aşağı liqada 5 və 8 əvəzedici komanda çıxış edir. Burada futbol çox parlamayıb. Azərbaycanda daha çox fərdi idman növləri birinci plandadır ki, həqiqətən də nəticələrinə həsəd aparmaq olar. Əsasən, böyük ənənələri olan boks və güləşi qeyd edə bilərəm. Azərbaycanda insanlar futbolu sevirlər. Amma onlar Serbiya və ya Yunanıstandakı kimi fanat deyillər”.
M.Velebit AFFA ilə müqaviləsinin bu ilin dekabrında başa çatacağını da söyləyib: “Mənim 2 illik müqaviləm vardı. Sonra onu daha 2 il uzatdıq. Baxaq, görək, bu seçmə mərhələ necə keçəcək. Bunun nəticəsindən çox şey asılıdır. Əlbəttə, mənim Serbiya futboluna qayıtmaq iddiam var”.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?