“Lex” ”Qarabağ”la oyuna 30 futbolçu ilə hazırlaşır

“Lex” ”Qarabağ”la oyuna 30 futbolçu ilə hazırlaşır
XƏBƏR 20 İyun 2022 / 11:18 1699
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" təlim-məşq toplanışının 2-ci mərhələsinə yeni baş məşqçisi Con van den Bromun rəhbərliyi altında bu gün başlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesində 30 futbolçu iştirak edir. İyunun 23-də isə milli komandaların düşərgələrindən qayıdacaq isveçli Jesper Karlström, slovakiyalı Lubomir Şatka və gürcüstanlı Nika Kvekveskiri kollektivə qoşulacaq.

Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko

Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka

Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde

Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə iyulun 12-də Bakıda keçirəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner