Zidan nəvəsinin ona "baba" deməsini istəmir

Zidan nəvəsinin ona "baba" deməsini istəmir
XƏBƏR 20 İyun 2022 / 09:38 2403
-  A +

Ötən ay nəvəsi dünyaya gələn "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan yaşlandığını qəbul etmir.

Qol.az xəbər verir ki, 50 yaşlı keçmiş futbolçu nəvəsinin ona "baba" deməsini istəmir. O, bununla bağlı "Telefoot"a danışarkən deyib:

"Özümü baba kimi necə hiss edirəm? Mənə xatırlatdığınız üçün təşəkkür edirəm. Mən babayam, babayam... Nəvəm mənə belə deməyəcək. Onda ona cavab verməyəcəyəm".

Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından - "Real"dan ayrıldıqdan sonra klubsuzdur. O, Madird klubu ilə 11 kubok qazanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner