"Qarabağ"ın rəqibi yeni baş məşqçisini açıqladı

"Qarabağ"ın rəqibi yeni baş məşqçisini açıqladı
XƏBƏR 19 İyun 2022 / 17:58 3835
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Polşa klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Con van dem Brom təyin edilib. Niderlandlı mütəxəssislə sabah iki illik müqavilə imzalanacağı bildirilib. O, bu vəzifədə iki həftə əvvəl istefa verən Makiey Skorjanı əvəzləyib.

Qeyd edək ki, dem Brom ötən mövsümün ikinci yarısında "Al-Taavun"u (Səudiyyə Ərəbistanı) çalışdırıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner