"Zirə"nin Türkiyədəki rəqiblərindən biri bilindi

"Zirə"nin Türkiyədəki rəqiblərindən biri bilindi
XƏBƏR 18 İyun 2022 / 18:17 3331
-  A +

"Zirə"nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri müəyyənləşib.

Qol.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Rumıniyanın 1-ci liqa təmsilçisi “Hermanştadt”la qarşılaşacaq. Bu barədə sözügedən klubun saytı məlumat yayıb. Lakin matçın dəqiq vaxtı açıqlanmayıb.

Qeyd edək ki, "Zirə" iyunun 24-dən iyulun 7-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək. Toplanış çərçivəsində komanda 2 yoxlama oyunu keçirəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner