Salah "Real"a qarşı zədəli halda oynayıb

Salah "Real"a qarşı zədəli halda oynayıb
XƏBƏR 18 İyun 2022 / 17:58 2215
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında "Real"la matçda zədə ilə oynayıb.

Qol.az xəbər verir ki, bu barədə Misir millisinin həkimi Məhəmməd Əbu Əl El Elah danışıb. O deyib: 

“Salah İngiltərə Kubokunun finalında sıradan çıxmışdı. Budun adduktor əzələlərinin zədələnməsi idi. Daha sonra Çempionlar Liqasının finalında da "Real"a qarşı oynadı. Bütün bunlar cəmi 14 gün ərzində oldu. Statistikaya baxdıq və Məhəmməd bu mövsüm oynadığı dəqiqələrin sayına görə ikinci futbolçudur. Milli komandaya gələndə “Liverpul” ona dedi ki, ağrıları var, rentgen çəkdirək. O, 100 faiz hazır deyildi. Salahın zədəsini ağırlaşdırma riski olmadan oynaya biləcəyinə əminlik yox idi".

Qeyd edək ki, ÇL-in finalında "Real" "Liverpul"a qalib gəlib - 1:0.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner