"Barselona"nın futbolçusu Usman Dembele klubdan ayrılmağı düşünmür.
Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi işıqforda rastlaşdığı azarkeşlərdən birinin bir neçə sualını qısaca cavablandırıb. Fanatlardan biri tərəfindən çəkilmiş video sosial şəbəkələrdə yayılıb. Fransalı oyunçu "Barselona"da qalıb-qalmayacağı ilə bağlı suala "bəli" cavabını verib. O, "Çelsi"yə mümkün keçidi ilə bağlı məlumatları şayiələr adlandırıb. Dembele "Barselona"da rahat olduğunu da vurğulayıb.
Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi iyunun sonunda başa çatır. Tərəflər hələlik yeni müqavilə imzalamaq üçün razılığa gəlməyiblər.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi