Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
XƏBƏR 17 İyun 2022 / 16:18 2612
-  A +

Azərbaycanın qadın futbolçulardan ibarət millisi iyunun 24-dən 29-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Qol.az AFFA-nın rəsmi saytına istnadən xəbər verir ki, komandamız bu hazırlıq prosesi çərçivəsində Türkiyə yığması ilə 2 yoldaşlıq oyununda üz-üzə gələcək. Görüşlər iyunun 25-də və 28-də olacaq.

Milli komanda bundan əvvəl isə Bakıda toplanışı keçirəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner