Azərbaycandan olan hakimlər gələn ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək «Birlik kuboku» yarışlarını idarə etməyəcəkdər. Bu haqda Qol.Az-a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq ikinci ildir ki, Rusiya Futbol İttifaqı bu turnirə ölkənin müxtəlif bölgələrindən olan yerli gənc hakimləri cəlb edir. «Nəinki Azərbaycan, heç bir respublikadan hakimlər dəvət edilmir. Ruslar bunu maddi vəziyyətlə əlaqələndirsələr də, mən hesab edirəm ki, onlar daha çox gənc və istedadlı hakimlərini sınaqdan çıxarmaq üçün başqa ölkələrin hakimlərinə müraciət etmirlər» - deyə X.Məmmədov bildirib.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi