"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın komandadakı gələcəyindən danışıb .
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, türk əsilli alman yarımmüdafiəçini komandada saxlamaq istədiyini deyib: “Məndən soruşsanız, İlkayın “Mançester Siti”də qalmasını istəyirəm. Heç kim onun gedə biləcəyini düşünmür. Əgər Gündoğan getmək istəyirsə, bizim klubda bundan xəbərimiz yoxdur”.
Qeyd edək ki, 31 yaşlı oyunçu 2016-cı ilin yayında Dortmund "Borussiya"sından Mançester təmsilçisinə keçib. O, bu mövsüm keçirdiyi 42 görüşdə 8 qol vurub, 6 qolun ötürməsini verib. İlkayın klubla müqaviləsi 2022-ci ilin yayı başa çatır.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"