İngiltərə Premyer Liqasının 33-cü turunun “Everton”la təxirə salınmış oyununda (2:3) “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra ilə rəqib azarkeşlər arasında insident baş verib.
Qol.az xəbər verir ki, 85-ci dəqiqədə “Everton”un hücumçusu Dominik Kalvert-Lyuin qonaqların qapısına qələbə qolunu vurub.
Bu qoldan dərhal sonra “Everton” azarkeşləri meydana daxil olublar. Azarkeşlərdən biri Vieyranı ələ salaraq ona orta barmağını göstərib. Fransalı məşqçi isə onu təpikləyib. Zərbə nəticəsində fanat qazona yıxılıb. Bir neçə azarkeş məşqçini itələsə də, onları ayırmaq mümkün olub.
Xatırladaq ki, bu qələbədən sonra "Everton"un Premyer Liqada qalacağı dəqiqləşib.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"