Kapitanı "Liverpul"un tarixinə düşdü

Kapitanı "Liverpul"un tarixinə düşdü
DÜNYA FUTBOLU 15 May 2022 / 12:50 2798
-  A +

"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson klubun tarixinə düşüb.

Qol.az xəbər verir ki, 32 yaşlı futbolçu Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub.

İngiltərə millisinin üzvü ötən gün ölkə kubokunun finalında "Çelsi"ni penaltilər seriyasında (6:5) məğlub etdikləri oyunla 6-cı kubokunu qazanıb.

Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner