Haaland Ronaldodan çox qazanacaq

Haaland Ronaldodan çox qazanacaq
DÜNYA FUTBOLU 11 May 2022 / 10:55 4283
-  A +

2022/2023 mövsümündən "Mançester Siti"də oynayacaq Erlinq Haalandla imzalanan müqavilənin bəzi detalları məlum olub.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, norveçli hücumçu həftəlik 585 min avro maaş alacaq. Bu, Premyer Liqanın ən yüksək maaş alan iki futbolçusu Kriştiano Ronaldo ("Mançester Yunayted") və Kevin de Brüynenin ("Mançester Siti") hazırda qazandıqları məbləğdən çoxdur.

Qeyd edək ki, Haaland bu mövsüm Bundesliqada 23 oyuna çıxıb, 21 qol vurub və 7 qolun ötürməsini verib.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu