"Real"ın Benzema qərarı

"Real"ın Benzema qərarı
DÜNYA FUTBOLU 10 May 2022 / 11:59 5260
-  A +

"Real"ın hücumçusu Kərim Benzema ilə müqaviləni uzada bilər.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı futbolçuya 2024-cü ilin yayına qədər müqavilə təklif etməyə hazırdır. Klub rəhbərləri fransızın göstərdiyi oyundan razı qalıb.

Xatırladaq ki, Benzemanın klubu  ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, bu mövsüm La Liqada 30 oyuna çıxıb, 26 qol vurub və 11 qolun ötürməsini verib. Kərim Çempionlar Liqasında 15 qolla bombardirlər siyahısında 1-ci pillədə qərarlaşıb.


Son xəbərlər