“Turan”ın (hazırkı “Turan Tovuz”) baş məşqçisi olmuş Naci Şensoy Qol.az saytına müsahibə verib.
2002-2003, 2004-2005 və 2012-ci illərdə Azərbaycan təmsilçisini çalışdıran 64 yaşlı türk mütəxəssis suallarımızı belə cavablandırıb:
- Naci bəy, bir neçə gün əvvəl “Turan Tovuz”un uzun fasilədən sonra Premyer Liqaya qayıdacağı rəsmiləşdi. Bu haqda nə düşünürsünüz?
- Əvvəlcə onu deyim ki, çox şad oldum. Bunu gecikmiş bir qərar saymasaq, çox sevindirici xəbərdir. Bir tərəfdən “Turan Tovuz”sevərlər üçün xeyirli olsun deyirəm və onlara güclülər dəstəsində uğurlar arzu edirəm. Digər tərəfdən də Azərbaycan futbolu üçün xeyirli olsun deyirəm. Çünki “Turan Tovuz”un Azərbaycan futboluna faydası əvvəlki kimi yenə də böyük olacaq. Ona görə də belə vacib qərara görə AFFA-nı təbrik edirəm. Çünki əhalisi 8-9 milyon olan bir ölkədə futbol sevgisini bütün rayonlara yaymağın faydasını ən qısa müddətdə görəcəklər. Azərbaycan Premyer Liqasında 8 komanda yarışırdı. Bu da ölkə futbolunun inkişafı üçün düzgün yanaşma deyildi.

- Hazırda “Turan Tovuz” baş məşqçi axtarışındadır. Sizə təklif gəlsə, komandanı yenidən çalışdırmaq istəyərsiniz?
- Niyə də yox?! Hər şeydən əvvəl mən 15 il əvvəl Türkiyədə ilk dəfə UEFA-nın PRO kateqoriyasını almış məşqçiyəm. Həm də “Turan Tovuz”a 3 dəfə baş məşqçilik etmişəm və hər dəfə uğur qazanmışam. Ona görə də “Turan Tovuz” azarkeşləri məni çox sevir. Biz onlarla Leyli və Məcnun kimi idik. Ona görə də əgər şərait və imkanlar uyğun gələrsə, yenidən “Turan Tovuz” azarkeşləri ilə əvvəlki günləri yaşamaq məni həyəcanlandırar.
- Amma indiki halda çətin ki, şərtlər uyğun gəlsin. Çünki klubun maliyyə vəsaiti azdır, “Turan Tovuz”a AFFA-dan başqa sponsorluq edən də yoxdur...
- Dediyim kimi, əgər mənə rəsmi təklif gəlsə və hər iki tərəf üçün şərtlər uyğun olsa, hər şey danışıla bilər. “Turan Tovuz” azarkeşlərinə məni komandada görmək istədiklərinə görə təşəkkür edirəm. Gəlin evlənir, toy edirlər. Amma o, atın üstündə olanda belə “Ya Nəsib” deyir (gülür).

- Naci bəy, hazırda işsizsiniz?
- Bəli, işsizəm.
- Bəs, təkliflər var?
- Bəzi məşqçilərlə, menecerlərlə danışıqlar gedir. Amma hazırda konkret bir rəsmi təklif yoxdur. Amma mütləq, çox yaxın zamanda olacaq.
- “Qarabağ” bir neçə gün əvvəl Premyer Liqada çempionluğunu rəsmiləşdirdi. Bu barədə nə deyə bilərsiniz?
- Təbrik etməkdən başqa nə deyə bilərəm ki? “Qarabağ” rəhbərliyinin ölkənin tanınması üçün gördüyü işləri Azərbaycan Mədəniyyət və Turizim Nazirliyi milyonlar yatırsa belə, bacara bilməzdi. Qarabağın işğaldan azad olunmasında belə futbolun gücü özünü göstərib. Çünki bütün düynanın yaddaşına Qarabağ torpaqlarının Azərbaycana aid olduğu həkk edilib.

- “Qarabağ”dan Çempionlar Liqasında nə gözləmək olar?
- Təbii ki, asan deyil. Amma Qurban Qurbanov artıq beynəlxalq bir məşqçidir və bu qədər uğur qazanandan sonra hansı addımı atacağını çox yaxşı bilir. Azərbaycan futbolsevərləri ona etimad etsin, güvənsin, bəsdir.
Ramiq Ağaməmmədov, Qol.az
"Sumqayıt"da itki
"El-Klasiko"nu buraxacaq
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan