"Onu komandada saxlamaq çox vacibdir" - Xavi

"Onu komandada saxlamaq çox vacibdir" - Xavi
DÜNYA FUTBOLU 6 May 2022 / 16:50 2441
-  A +

"Barselona"nın baş məşqçisi Xavi yarımmüdafiəçi Qavi ilə yeni müqavilə ilə bağlı danışıqlar apardıqlarını bildirib.

Qol.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında deyib ki, Qavi klubun gələcəyidir:

“Hər iki tərəf əməkdaşlığı davam etdirmək istəyir. Qavini saxlamaq bizim üçün çox vacibdir. O, klubun gələcəyinin bir hissəsidir. Onun agenti ilə əla münasibətim var, biz danışıqlar aparırıq".

Qeyd edək ki, ispan futbolçunun klubun yeni müqavilə təklifini rədd etməsi ilə haqda xəbərlər yayılıb. Qavi bu mövsüm "Barselona"nın heyətində 43 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq