“Tanrı dedi ki, bu gün sənin günündür” – “Real”ın qəhrəmanı

“Tanrı dedi ki, bu gün sənin günündür” – “Real”ın qəhrəmanı
DÜNYA FUTBOLU 5 May 2022 / 11:27 3483
-  A +

“Mən baş verənləri izah edə bilmir, deməyə söz tapmıram”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Real”ın futbolçusu Rodriqo deyib.

Çempionlar Liqasının 1/2 final mərhələsinin (3:1, ilk oyun 3:4) cavab görüşündə 21 yaşlı vinger komandasının qəhrəmanına çevrilib. 68-ci dəqiqədə Toni Kroosun əvəzinə meydana daxil olan braziliyalı 90-cı dəqiqədə hesabı bərabərləşdirib, 90+1-ci dəqiqədə isə daha bir qol vurmaqla oyunu əlavə vaxta daşıyıb. 95-ci dəqidə Kərim Benzema penalti ilə matçda son nöqtəni qoyub - 3:1. Bununla da “Real” finala yüksəlib.

Rodriqo görüşdən sonra həmçinin deyib: “Tanrı üzümə baxıb dedi: bu gün sənin günündür”.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq