Premyer Liqaya yüksələn ikinci komanda məlum oldu

Premyer Liqaya yüksələn ikinci komanda məlum oldu
DÜNYA FUTBOLU 4 May 2022 / 11:48 3508
-  A +

İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda müəyyənləşib.

Qol.az xəbər verir ki, "Bornmunt" Çempionşipin 33-cü turundan təxirə salınmış oyunda "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib.

2-ci pillədə qərarlaşan Skott Parkerin komandası xallarını 85-ə çatdırıb və sona 3 tur qalmış ən yaxın izləyicisi "Nottingem Forest" üçün əltaçmaz olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri "Fulhem" olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun