Fransada bu mövsümün ən yaxşı oyunçusu adına namizədlər

Fransada bu mövsümün ən yaxşı oyunçusu adına namizədlər
DÜNYA FUTBOLU 4 May 2022 / 00:14 1636
-  A +

Fransa Peşəkar Futbolçular İttifaqı (UNFP) rəsmi saytında Liqa 1-də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri siyahısını dərc edib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, namizədlər sırasında Kilian Mbappe (PSJ), Vissam Ben-Yedder ("Monako"), Dimitri Payet ("Marsel"), Lukas Paketa ("Lion") və Martin Terye ("Renn") yer alıb.

Qeyd edək ki, çempionluğu rəsmiləşdirən PSJ-nin hücumçuları Lionel Messi və Neymar siyahıdya daxil edilməyib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner