Azarkeşlər yenə Ronaldonu seçdilər

Azarkeşlər yenə Ronaldonu seçdilər
DÜNYA FUTBOLU 2 May 2022 / 22:51 2257
-  A +

"Mançester Yunayted"də aprelin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Kriştiano Ronaldo ötən ayın ən yaxşısı seçilib. Portuqaliyalı hücumçu azarkeşlərin 74 faizinin səsini toplayıb. Səsvermədə ikinci yeri David De Xea (21 faiz), üçüncü yeri Nemanya Matiç (5 faiz) tutub. 

Ronaldo bu mövsüm ardıcıl 2-ci dəfə, ümumilikdə isə 4-cü dəfə "Mançester Yunayted"də ayın oyunçusu seçilib. 

Qeyd edək ki, 37 yaşlı futbolçu apreldə Premyer Liqada 4 oyunda 5 qol vurub.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu