"Borussiya"dan yeni mövsüm üçün 2-ci transfer

"Borussiya"dan yeni mövsüm üçün 2-ci transfer
DÜNYA FUTBOLU 2 May 2022 / 21:44 2516
-  A +

Dortmund "Borussiya"sı yeni mövsüm üçün ikinci transferini edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Frayburq"un  futbolçusu Niko Şlotterbeki heyətinə qatıb. Almaniya millisinin müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvədə olacaq.

Qeyd edək ki, Borussiya" bundan əvvəl yeni mövsüm üçün "Bavariya"dan Niklas Süleni transfer etdiyini açıqlamışdı.
 


Son xəbərlər